top of page

Üçüncü Fəsil

Bəhai Dini Publisistika və Bədii Ədəbiyyatda

 

XIX əsrin əvvəllərində, xüsusilə birinci onilliklərdə, Azərbaycanda baş verən ictimai-siyasi proseslərin fəallığı, ədəbi dairələrdə müzakirə olunan ən ümdə məsələlər olan siyasi azadlıq və maariflənmə hərəkatı fonunda  müşahidə olunurdu.  Birinci Dünya Müharibəsi, Cümhuriyyət qurulması, sosialist inqilabı və digər hadisələr ictimi şüurda və sosial həyatda təbəddülatlara səbəb olmuşdu. Xalqlar həbsxanası sayılan imperiyanın son dövrün hadisələri, müharibələr və inqilablarla laxlaması milli ideologiya yönümlü təfəkkürləri də oyandırdı. Bu zaman maarifçi, yenilikçi bütün hərəkat və cərəyanlar dərhal diqqət mərkəzinə gəldi və bəhailik də sadə insanlardan tutmuş böyük ziyalılara qədər çoxunun diqqətini özünə cəlb etmişdi. Qeyd etdiyimiz kimi, maarifçiliyin qarşısını bir tərəfdən güclü çar senzurası alırdısa, digər tərəfdən təəssübkeş molla zümrəsi ona mane olurdu. Ona görə də maarifçilər hakimiyyətlə dil tapmağa çalışırdılarsa, din xadimlərini kəskin tənqid atəşinə tuturdular, lakin molla zümrəsinin sadə insanlar arasında nüfuzları olduğu üçün, maarifçilər onların da arasından oyanma prosesindən təsirlənənləri yeni üslubda təhsil verilməsinin zəruriliyinə inandıra bilirdilər. Təbii ki, maarifçiyin önündə ədəbiyyat adamları getdiyi üçün, onların da yeni dövrün ruhu ilə bağlı olan, bizim fikrimizcə o ruhun özünü yaradan bəhai idealları ilə qarşılaşırdılar və onlara münasibət bildirirdilər. Bəhailərin isə inanclarının mərkəzində təhsil və mədəniyyət olduğu üçün mütərəqqi düşüncəyə malik idilər, tələbələr və ədəbiyyatçılar arasında bəhailik qızğın müzakirə və mübahisə predmeti olurdu. Hətta İsmayıl Qaspıralının da təəccübləndiyi kimi, Avropada oxumamış, yabancı dillər bilməyən, ölkələr gəzməmiş sadə bəhailər dövrün ən qabaqcıl maarifçiləri və müəllimləri ilə bir səviyyədə dünyagörüşünə malik idilər və bəzən onlardan çox irəli gedirdilər. Ona görə də bu dövrdə Bəhailik ictimai şüura ciddi təsir etsə də, ədəbiyatımızda epizodik olaraq öz ifadəsini tapmışdır. Bu barədə yazan və ya bəhailərlə əlaqəsi olan ədiblərimizlə bağlı araşdırmalar bu səhifələrdə verilir. 

   

.    Yusif Vazir Çəmənzəminli

.    Məmməd Səid Ordubadi

.    İsmayıl Qaspıralı

.    Əli Əkbər Naxçıvani

.    Seid Əzim Şirvani

.    Mirzə Ələkbər Sabir

.    Abdulla Cövdət

.    Hüseyin Cavid

.    Əliqulu Qəmküsar

.    Tahirə Qürrətül-Eyn

.    Bab Pyesi və Tahirə Rusiya Səhnəsində

bottom of page