top of page

Bəhailik görkəmli şəxsiyyətlərin düşüncəsində

Rumıniya Kraliçası Mariya

Bəhailik ümid və təsəlli arayanları  bir araya gətirən geniş bir qucaqlayışdır. Bundan əvvəlki böyük peyğəmbərləri tanıyır, başqa inancları ləğv etmir, bütün qapıları açıq buraxır... Bəhai təlimləri ruha sakitlik və qəlbə ümid gətirir. Yaxından arayanlara Atanın sözləri, uzun müddət çöllərdə dolaşanlara qarşıdan görünən bir çeşmə kimidir... Bəhaullah və Əbdül-Bəhanın bizə gətirdikləri müjdə heyranedici bir müjdədir. Onlar bu müjdəni yaymaq üçün təcavüzkar üsullar istifadə etmədilər; onun nüvəsini təşkil edən əzəli həqiqət toxumunun cücərib böyüyəcəyini necəsə bilirdilər.. Onların müjdəsi Məsihin elə həmin sözlərlə, amma aradan keçən min ilə qədər fərq göz önünə gətirilərək yenilənən bir müjdədir.. Bir gün Bəhaullah və ya Əbdül-Bəha adları diqqətinizi çəkərsə, Onların yazılarını oxumadan keçməyin.  Kitablarını arayın. Onların işıq saçan, barış gətirən, sevgi yaradan sözləri və dərsləri mənim ruhuma işləyib şüuruma keçdiyi kimi, sizin də ruhunuza işləyib şüurunuza nüfuz etsin. 

Lev Tolstoy

Babiliyin qarşısında böyük bir istiqlal vardır. İnsanlara qardaşlıq, bərabərlik və Allah yolunda can fəda etməyi öyrədən Babiliyə qarşı içimdə böyük bir rəğbət duyuram.. İslamdan doğan babilik, Bəhaullahın təlimləri vasitəsiylə inkişaf edərək bizə dinin ən yüksək və ən təmiz şəklini təklif edir.

Abdulla Cövdət

Həzrət Bəhaullahdan öncə, insanlar arasında mərhəməti, məhəbbəti və sülhü bir ayin halına gətirən və bunun üçün gərək olan nur və hərarəti verən bir Mürşid yoxdur... Bəhailik təcrid olunmuş bir din deyil, xarakterin  formalaşmasında bütün dinlərdə müştərək olan əsaslara söykənən bir sistemdir. Bütün fəlsəfi və fikri hərəkətlərin təlimləri onda mövcuddur. Hər bir din sahibi, Bəhailikdə ən yüksək inanc və gözləntilərini görməkdədir.

Çexoslavakiya Prezidenti Masarik

Bu prinsipləri diplomatlara, universitetlərə, kollec və sair məktəblərə yayın. Bu prinsipləri izah edən yazılar yazın. Ümumi sülhü gətirəcək olan xalqdır. 

Professor Auqust Forelin Vəsiyyətnaməsindən 

Mən Bəhai olmuşam. Qoy bu din yaşasın və bəşəriyyətin faydası üçün çiçəklənsin; bu mənim ən atəşli arzumdur.

Çexoslavakiya Prezidenti Eduard Benes

Bəhai təlimləri ruhun və insanlığın son zəfərini təmin edəcək olan böyük amillərdən biridir. Bəhai hərəkatı dövrümüzün dünya miqyasında əxlaqi və ictimai qüvvələrindən biridir. Bu gün dünəndən daha çox inanıram ki, dünyadakı əxlaqi və siyasi böhranlar artdıqca, millətlərarası əlaqələrə və əməkdaşlığa ehtiyacımız artacaqdır. Bəhailik kimi ümumi barış təşkilatına zəmin hazırlayan bir cərəyana lüzum vardır.

 

T. K.  Çeyne

Yaxın keçmişdə bir peyğəmbər axtarmaq lazım gələrsə, onu Bəhaullahda görmək lazımdır. Son hökmü verəcək olan şəxsiyyətdir. Bəhaullah ən yüksək sinfə, peyğəmbərlər sinfinə mənsub bir zatdır. 

Karmelli Vikont Samuel

Dinlər arasında razılıq nöqtələri tapmaq mümkündür. Bəhai dininin baş məqsədi də budur. Əslində, Bəhai dininin quruluşu və inkişafı bu yaxın zamanlarda şərqdən çıxıb dünyaya yayılan diqqətəlayiq hadisələrdən biridir.

 

Professor Norman Bentviç

Artıq Fələstinə üç dinin deyil, dörd dinin ölkəsi kimi baxmaq lazımdır; həm mərkəzi, həm də Qurucularının məzarları Əkka və Hayfada olan bu din bir dünya dini simasını daşıyır. Bu din, millətlər və dinlər arasında anlaşmaya nail olmağa çalışan bir dindir.

Professor Benyamin Jovett

Babilik istiqbalın ümid yeri, İsanın zamanından bəri dünyada görünən ən böyük işıqdır. Onu gözdən qaçırmayın. Bu cərəyan o qədər böyük və hələ o qədər təzədir ki, indiki nəsil onu haqqı ilə təqdir edib anlaya bilməz. Onun böyük əhəmiyyəti istiqbalın sinəsində gizlənmişdir.

bottom of page