top of page

Məmməd Səid Ordubadi

Yuxarıda qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində ictimai və ədəbi mühitdə bəhailiklə tanış olmayan adam yox idi. Məmməd Səid Ordubadi də istisna deyildi.  O bəhailərlə şəxsən görüşdüyünü Həyatım və Mühitim adlı kitabında bir epizodda qeyd edir.  O taydakı Culfada bir bəhai ailəsində qonaq qalarkən müşahidə etdiklərini ətraflı yazır. Bakı Bəhai icmasının üzvü, 37-ci il repressiya qurbanlarından Bakı İcmasının üzvü  Fərəc Qasımovun oğlu İsmulla Qasımov xatirələrində deyirdi ki, Məmməd Səid Ordubadi hətta Bakıda olanda da, 20-ci illərdən sonra, bəhai məclislərinin daimi iştirakçılarından biri idi və bunu xüsusilə qeyd edirmiş ki, o həmişə, məclisdə `ayaqda` oturarmış. Onun nə məqsədlə bəhai məclislərinə gəlməsi qaranlıqdır, amma maraqlıdır,  deyilənə görə, ömrünün son günlərində deyibmiş ki, bəhailərə deyin, məni bağışlasınlar.

Məmməd Səid Ordubadi Bəhailərlə bağlı daha çox şeylər danışıb və yazıb. Məlumatlar əldə edildikcə, onları ümumi materiala əlavə edəcəyəm.

bottom of page