top of page

Peyğəmbər Əsərini Yazmağa Xəlil Cibranı

Kim İlhamlandırmışdır?

Siz Xəlil Cibranın Peyğəmbər əsərini oxumusunuz, deyilmi? Ya da onun toyda, yaxud, yasda və ya müsamirədə hissiyyatla oxunmasını eşitmisiniz?

 

Əgər bunu etməmisinizsə, azlıqda olanlardansınız.

 

Bəlkə də heç bir əsər o qədər insanın həyatına belə nəhəng bir təsir göstərməmişdir. Cibranın ən məşhur əsəri olan Peyğəmbər ilk dəfə 1923-cü ildə çap ediləndən bəri təxminən 100 milyona yaxın tirajla buraxılmışdır. 90 ildən çoxdur ki, bu kitab heç vaxt satışda qalmamışdır. Kitab onlarla dilə tərcümə edilmiş, bütün dünyada müəllifi haqqında səlnamələr yazılmasına ilhamlandırmışdır. Tarixdə yalnız iki şair belə məşhurdur – Şekspir və Lao-tszı, dördüncü yerdə isə Rumi gəlir. İnsanlığın tarixində ən sevilən və ən əzizlənən kitablardan biri olan Peyğəmbər musiqi, dram və kinoların yaranmasına ilhamlandırmaqda davam edir, 2015-ci ildə isə yeni film versiyası çıxmalıdır.

 

Lakin bu əsərin dünya səviyyəsində populyarlığına baxmayaraq, Peyğəmbər əsərinin yazılmasına, onun mistik baş qəhrəmanının yaradılmasına kimin ilhamlandırdığını çox az adam bilir və başa düşür. Ona görə də biz bu qısa oçerklərdə Cibranın həyatına qısaca baxacaq, onun ən qüdrətli əsərinə nəzər salacaq, bu əsərin yazılmasına onu kimin ilhamlandırdığını araşdıracaq, Cibranla, Peyğəmbər əsəri ilə Bəhai dini arasındakı bağlılığı tədqiq edəcəyik.

 

Kitabı oxumayanlar üçün deyək ki, siz bu kitabı yaxınlıqdakı istənilən kitabxanadan, kitab mağazasından tapa bilərsiniz, əgər olmasa, onda sizə onu borc verəcək dostunuz ola bilər, ondan da əlavə, onu siz bu link-də rusca tapa bilərsiniz.

http://www.lib.ru/POEEAST/prophet.txt#t1

 

Kitab, zamanı bilinməyən, peyğəmbərin onillərlə yaşadığı bir yerdən bəhs etməklə başlayır.

 

Öz gününün səhəri olan Əlmustafa, seçilmiş və məhbub, Orfales şəhərində on iki il gözlədi ki, qayıtmalı olan gəmisi gəlsin və onu geriyə, doğulduğu adaya aparsın. (səh.3)

 

“Öz gününün səhəri” – o metafor, rəmzi sözlər oxuculara tonal bir ipucu verir ki, Peyğəmbər-də nədən bəhs olunacaqdır. Lirik, poetik proza formasında 26 qısa bölmədən ibarət kitab Əlmustafanın gözlənən ayrılması və bu ayrılmanın şəhərin sakinlərinə təsiri üzərində fokuslanır, o ayrılmamış, sakinlər ondan xahiş edirlər ki, həyatın böyük mövzularının mənası haqqında onlara danışsın. Əlmustafa poetik, ibrətamiz aforizmlər formasında cavablar verir ki, əsər də bunlarla məşhurdur:

 

Evlilik haqqında: “Siz birlikdə doğulmuşsunuz, daim bir yerdə də qalmalısınız. Ölüm öz bəyaz qanadlarını sizin üzərinizə gərəndə də siz birlikdə qalmalısınız. Bəli, siz hətta Allahın səssiz xatirində də bir yerdə olmalısınız.”

 

Dua haqqında: “Siz sıxıntıda və ehtiyac içində olanda dua edirsiniz; kaş ki tam nəşə içində və bolluqda olanda da dua edərdiniz.” Gözəllik haqqında:

 

Gözəllik güzgüdə özünə baxan əbədiyyətdir. Amma siz özünüz əbədiyyətsiniz və siz özünüz də güzgüsünüz.” (Peyğəmbər, səh. 15, 67, 74)

Bu gözəl, məna dolu deyimlər, Cibranın yüz milyonlarla sədaqətli oxucularına onun ölümsüz hədiyyəsinin mənbəyi müəllifin Maronit xristianlığında; onun İslama, xüsusilə onun ən mistik Sufi formasına olan sevgisində; bəlkə də ən vacibi Bəhai təlimlərindədir. Cibranın bəhailərlə çox yaxın münasibətləri vardı, ən çox da rəssam və yazıçı Culiet Tompsonla yaxın dost idi. Xəlik Cibran Həzrət Əbdül-Bəha ilə görüşmüş, onunla xeyli söhbətlər etmiş, bir ustad rəssam kimi onun məşhur rəsmini çəkmişdi. Ömrünün sonuna yaxın o, Həzrət Əbdül-Bəhaya inandığını bəyan etmişdi.

 

İlk dəfə mən kifayət qədər nəcib bir sima gördüm ki, o, Müqəddəs Ruhu qəbul edə bilər,” Cibran demişdi.

 

Cibranın bir neçə tədqiqatçıları onun əsərində Bəhai təlimləri ilə bağlılığı qeyd etmişlər. Suzan Reynoldsun rəyində deyilir:

 

Cibranın ilham və nurlanma aldığı yazıçı və filosofların təsiri ilə yanaşı, daha bir və eyni dərəcədə əhəmiyyətli bir şəxsiyyət də vardı ki, onsuz nə Peyğəmbər (1923), nə də İsa, İnsan Oğlu yazıla bilərdi…bu ilham Cibranın portretlərdə silsilə olaraq əbədiləşdirdiyi görkəmli simalardan birindən, yəqin ki, ən böyüklərindən birindən qaynaqlanırdı: bu Əbdül-Bəha idi.” (Peyğəmbər, səh. 12-13).

 

Siz Peyğəmbərdə yuxarıda verilmiş üç sitatı Həzrət Əbdül-Bəhanın yazılarından son dərəcə bənzər çıxarışları müqayisə etməklə Həzrət Əbdül-Bəhanın Cibrana təsirini görə bilərsiniz:

 

…nigah həm cismani, həm də ruhani olmalıdır, çünki həm ər, həm də arvad eyni şərabdan hərarətlənər, hər ikisi eyni misilsiz Simaya məftun olar, hər ikisi eyni ruhla yaşayar və hərəkətə gələr, hər ikisi eyni nurla işıqlanar. - Həzrət Əbdül-Bəha, Yazılarından seçmələr, səh. 117

 

Dua etməliyik ki, Onun nemətləri və xeyirləri daha da bolluqla yağsın, və Onun fəzl leysanını və Onun ilahi yardımından daha boyük pay yağdıran vasitələrdən möhkəm yapışmalıyıq. - Həzrət Əbdül-Bəha, Yazılarından seçmələr, səh. 92

 

Lakin sən gözünü parlaq, ləkəsiz və təmiz Güzgüyə çevirsən, onda ilahi Gözəllik əks edilmişdir, sən orada şüalarını, istisini, bütün kürəsilə işıqlarını saçan Günəşi görəcəksən. - Həzrət Əbdül-Bəha, Yazılarından seçmələr, səh. 41

Xəlil Cibranın çəkdiyi Həzrət Əbdül-Bəhaya bənzəyən rəsm

 

Demək olar ki, Peyğəmbəri oxuyan hər kəs özlərindən bu sualı soruşur – bu gözəl kitabın yazılmasını kim ilhamlandırmışdır? Hansısa gerçək bir peyğəmbərmi, görücümü, müdrikmi, yaxud şair təbli bir müqəddəsmi olmuşdur ki, Cibranın Əlmustafasının yaranmasında ilham mənbəyinə çevrilmişdir. Əgər belədirsə, bəs kim? Onun o cür dərin təlimləri haradan qaynaqlanmışdır? Onun barəsində haradan öyrənmək olar?

 

Cibranın özü bu cür suallara cavab verməkdən həmişə yayınmışdır. Peyğəmbərin arxasındakı ilham mənbəyinin sirrini açmağa çoxları cəhd etmişdi, lakin ancaq bir neçə nəfər Cibranın özünün və başqalarının qoyub getdikləri ipuclarını bir yerə yığa bilmişlər. Bu silsilə oçerklər o sirri araşdırır və o suallara cavab tapmağa çalışır.

 

Tənqidçilər, yazıçılar və bioqraflar bu sual üzərində onillərlə baş sındırmışlar. Çoxları romantizm nümayəndəsi Uilyam Bleykin Cibranın əsərinə böyük təsir etdiyini qeyd edirlər, bir neçəsi də bunu Emerson və Toro kimi transendentalistlərə bağlayırlar. Bəziləri deyirlər ki, Nitşenin Zərdüşt belə söyləmişdi əsəri gənc Cibrana əhəmiyyətli təsir göstərmişdir, bu təsirlər, xüsusilə, onun ruh mənbəyi ilə danışmış böyük bir din liderini təsvir etməsində özünü göstərir. Bir başqaları da dərin peyğəmbərlik hikmətlərini nəql edərkən Cibranın Hindi yazılarından, Budda və Bibliyadan təsirləndiyini söyləyirlər. Amma daha çox tədqiqatçılar oxucuları onun ərəb dilində əsərində o qədər aşkar görünən və bir Livan rəssamı və şairi kimi onun təfəkküründə o qədər ön yer tutan mistik sufi təsirinin olmasına inandırırlar.

 

Lakin o şərhçilərin əksəriyyəti Cibranın həyatında ən mühüm hadisələri – onun Həzrət Əbdül-Bəha ilə görüşlərini diqqətdən qaçırırlar.

 

Yazar və rəssam olan Xəlil Cibran Həzrət Əbdül-Bəha ilə 1912-ci ilin baharında Nyu-Yorkda tanış olmuşdu. O zaman 29 yaşlı Cibran, sürətlə yayılan qlobal bir din olan Bəhai Dininin lideri Həzrət Əbdül-Bəhanın portretini çəkmək istəmişdi. Bu görüş Peyğəmbərin 1923-cü ildə ilk nəşrindən on ildən də çox əvvələ təsadüf edir. Cibran əvvəllər heykəltaraş Rodinin, şair U.B. Yitsin, psixiatr və filosof K. Q. Yunqun və bəstəkar Bedussinin portertlərini çəkmişdi. Rəssam dostu və bəhai olan Culiet Tompsonun təqdimatından və Həzrət Əbdül-Bəhanın bir neçə söhbətlərində iştirak etdikdən, hətta onun tərcüməçisi kimi də çıxış etdikdən sonra, Cibran Həzrət Əbdül-Bəhanın rəsmini aprelin 19-da özünün Lover Manhatta 10 ünvanında yerləşən emalatxanasında çəkməyə başladı. (Cibranın emalatxanası Tompsonun emalatxanası ilə üzbəüz, küçənin o tayında yerləşirdi).

 

O zaman 68 yaşında olan Həzrət Əbdül-Bəha Osmanlı imperiyasının süqutundan sonra qırx illik sürgündən, ev dustaqlığı və məhbusluqdan yenicə azad olmuşdu. Möhtərəm ruhani sima, qüdrətli və məşhur birlik və dünya sülhü mübarizi olan Həzrət Əbdül-Bəha Amerikaya gəlmişdi ki, burada bəhai icması ilə görüşsün, bütün ölkə üzrə gəzib söhbətlər aparsın və atası Həzrət Bəhaullahın yeni dinini bəyan etsin.

 

Həzrət Əbdül-Bəha ilə görüşlərindən sonra Cibran demişdi: “O çox böyük insandır. O kamildir. Onun qəlbində dünyalar yerləşmişdir…” Sonralar o, Culiet Tompsona demişdi ki, “ onun Bəhai lideri ilə görüşləri onun əsərinə çox dərin təsir göstərmişdir. Bu görüşlər unudulmaz təəssüratlar yaratmışdı və Cibran yazırdı ki, o “Görünməzi görmüş və qane olmuşdu (ruhən rahatlanmışdı).” (Süheyl Buşrui və Cozef Cenkins: Xəlil Cibran, İnsan və Şair. Səh 126).

 

Sonralar, elə həmin onillikdə, Cibran Nəsihətlər adlandırdığı, sonralar isə Peyğəmbər adı verdiyi əsərini yazmağa başladı. O, dostlarına deyirdi ki, “1912-ci ildən, bu barədə birinci ideya onda doğandan bəri, o, kitab üzərində vaxtaşırı olaraq işləyirmiş, o zamanlar ki, Prometeytək sürgününün Tək Ada olacağı Allah Adası haqqında ilk ideya ağlına gəlmişdi.(Orada, səh.125)

 

Cibran, göründüyü kimi, Peyğəmbərin ilk versiyasının bir hissəsini 1919-cu ildə yazıçı Meri Tudor Qarləndin Massaçusetsdə Bazzard Bey malikanəsində yazmışdır. Orada o, meşəlik ərazidə, dəniz sahili boyunca gəzinir, onun ən məşhur əsəri olacaq “ Bir geniş fikir” adlandırdığı şeyin üzərində düşünürdü.

 

O çox güman ki, sürgün olunmuş müdrik Əlmustafa obrazını Qarləndin göz işlədikcə uzanan malikanəsində yaratmışdı. Əlmustafa adı ərəb dilində “seçilmiş kəs”deməkdir, lakin Cibran bu adın yazılışını dəyişdirmişdir ki, Əbdül-Bəha adına uyğunlaşdırsın və bu zaman ancaq sait səsləri dəyişmişdir. O, kitabı Əlmustafanın sürgün yerindən getmək ərəfəsində gəminin gəlişini gözləməsi ilə başlayır, necə ki, Həzrət Əbdül-Bəha dəqiq belə etmişdi. Peyğəmbər əsərində Cibran kitabın məzmununu Əlmustafanın hikmətini şəhər əhalisinin alqışlayıb tərifləməsi ilə strukturlaşdırmışdır, necə ki o Nyu York əhalisinin Həzrət Əbdül-Bəhanı alqışlayıb tərif etmələrinin şahidi olmuşdu. Peyğəmbər əsərində kəndlilər Əlmustafya Ağa (Master) deyə müraciət edirdilər, necə ki Cibran bəhailərin Həzrət Əbdül-Bəhaya Ağa deyə müraciət etdiyini görmüşdü. (İngilis dilli bəhailər Həzrət Əbdül-Bəhaya adı ilə deyil, Master deyə müraciət edirdilər).

 

Sonra Cibran bu əsəri Bəhai təlimlərindən qaynaqlanan zamana sığmayan hikmət və baxışla doldurmuşdur.

 

Sizə, həmçinin, deyilmişdir ki, həyat zülmətdir, öz yorğunluğunuzda siz əvvəllər yorğunların sizə dediklərini təkrar edirsiniz. Və mən deyirəm – həyat, həqiqətən də zülmətdir, o vaxtadək ki, arzu var, bütün arzular isə bilik olana qədər kordur, bütün biliklər isə iş olana qədər əbəsdir, bütün işlər də məhəbbət olana qədər boşdur; məhəbbətlə işləyəndə siz özünüzü özünüzə, bir-birinizə və Allaha bağlamış olursunuz. (Peyğəmbər, səh. 26.)

 

Sizlərin hər biriniz gərəkdir ki, sənət, peşə və s. kimi hansısa bir işlə məşğul olasınız. Sizin belə bir işlə məşğul olmağınızı Biz fəzlimizlə Tək Haqq Allaha sitayişə bərabər məqama qaldırmışıq. Ürəyinizdə Allahın fəzli və nemətləri üzərində düşünün və axşam və səhərlər Ona şükr edin. Vaxtınızı boş və mənasız yerə sərf etməyin. Özünüzə və başqalarına fayda verən şeylərlə məşğul olun. Üfüqündən hikmət və bəyan günəşinin parlaq şəfəq saçdığı bu Lövhdə belə hökm olunmuşdur... Kimsə bir sənət və ya peşə ilə məşğul olduqda, belə bir məşğuliyyətin özü Allahın nəzərində sitayiş əməli sayılır; Və bu isə Onun sonsuz və hər şeyi əhatə edən kəramətinin bir əlamətindən başqa bir şey deyil. (– Həzrət Bəhaullah, Lövhləri, səh.26)

Peyğəmbər Əsərini Yazmağa Xəlil Cibranı Kim İlhamlandırmışdır?

III Hissə: Xəlil Cibrana qapı açılması

Xəlil Cibran Bostondan Nyu-Yorka 1912-ci ilin əvvəllərində getdi. O, Vest Tent 51-də sadə bir emalatxana kirayələdi və tezliklə ilk Menhattanlı dostunu tapdı, elə küçənin o üzündə bir emalatxana da vardı – məşhur portret rəssamı Culiet Tompson. Korkoran İncəsənət Məktəbindən məzun olan, Pastellstlər adı ilə tanınan incəsənət kollektivinin üzvü, kraliça rəssamı və Amerikanın Birinci Xanımı Qreys Kulicin rəssamı olan Tompsonla onlar tezliklə yaxın dost oldular.

 

Culiet həm dərc olunmuş gündəliyində, həm də sonrakı müsahibələrində Peyğəmbərin müəllifinin daxili aləmi haqqında onun yazılmış həcmli tərcümeyi-hallarından daha çox şeylər danışır. O, çəkingən, çəlimsiz, Amerika və Nyu-Yorkda təzə olan, ingilis dilini öyrənməyə çalışan və Amerika cəmiyyətinə daxil olmağa can atan Livanlı bir miqrantın həyat hekayəsini danışır. O, zarafatcıl bir dillə deyir:

 

“Mən bilmirəm onu necə təsvir edim, ancaq onu deyə bilərəm ki, o, Çarli Çaplinin dəqiq surəti idi. Mən, adətən, ona belə də deyərdim. Bununla onu dəli edirdim.”

 

Onların arasında dostluq bağları möhkəmləndikcə, Cibranın rəsmləri və həm ərəb, həm də ingilis dilində yazıları populyarlaşmağa başladı. Son müsahibələrinin birində Culiet deyir ki, Cibran, adətən, yeni yazılarını əlyazma şəklində olanda ona oxuyardı: Onu mənim yanıma məni görmək üçün bir suriyalı gətirdi – hətta onun adını belə xatırlamıram. Xəlil həmişə deyirdi ki, mən Nyu-Yorkda onun birinci dostuyam. Biz çox gözəl, çox böyük dostlar olduq və mən onun bütün kitablarının – Dəli, Müjdəçi, İnsan Oğlu, Peyğəmbər - əlyazmalarını oxumuşam. O öz kitablarını daim mənə verirdi. Cibranın Bəhai təlimlərinə marağı barədə soruşanda Juliet izah edir:

Cibran Bəhai dini ilə necə tanış oldu: Mən necə var, elə də, açıqca sizə bu əhvalatı danışacağam. Mən ona bu barədə (Bəhai dini haqqında) dərhal danışdım. O qulaq asdı. O, Həzrət Bəhaullahın (Bəhai Dininin Peyğəmbəri) bəzi ərəb dilindəki yazılarını özü üçün saxladı. Deyirdi ki, bu nə vaxtsa yazılmış ən möhtəşəm ədəbiyyat nümunəsidir və sanki Bəhaullah sözləri yenidən yaratmışdır. Hətta Həzrət Bəhaullahın ərəb dilinə yaxın gələn bir ərəb dili yoxdur.

 

…. Zaman keçdi. Ona dedim ki, Ağa (Həzrət Əbdül-Bəha) gəlir. O xahiş etdi ki, mən Ağadan rica edim ki, portretini çəkməyə razılıq versin. Ağa ona səhər saat 6:30 da bir saatlıq vaxt verdi. O, Onun baş hissəsinin gözəl rəsmini çəkdi. O Ağaya bənzəmir - çox cüzi oxşarlıq var. Çiyinlərində əzəmət verilib. Üzündə heyranedici bir nur var. Bu Ağanın portreti deyil, amma böyük bir rəssamın əsəridir. Mən onu böyük rəssam hesab edirəm.

 

O şəxsi həyatında çox təvazökar və çəkingən idi. O əvvəllər Ağanı heç vaxt görməmişdi və onun dostluğu belə başladı. O sadəcə Ağaya valeh olmuşdu. O, ola bildiyi hər yerdə Ağanın yanında olurdu. O dəfələrlə bu evə (48 Vest 10) gələrdi ki, Ağanı görsün. Bostonda da o tez-tez Ağanın yanında gedirdi….

 

Ağa çıxıb getdi, Xəlil isə kitablarını yazmağa başladı. Lakin o, Ağa haqqında rəğbət və məhəbbətlə tez-tez danışardı. … Sonra bir gecə, illər keçəndən sonra Ağanın çəkildiyi lent yazısı Bəhai Mərkəzində göstərilməli idi. .. O ön cərgədə mənim yanımda oturmuşdu və gördü ki, Ağa o lentdə yenidən canlı olaraq onun yanına gəlib. O hönkürməyə başladı. Biz ondan o gecə bir neçə kəlmə danışmasını xahiş etmişdik. Onun danışmaq vaxtı yetişəndə, özünü ələ aldı, səhnəyə çıxdı... sonra, mənim əziz dostum, bizim hamımızın qarşısında ağlayaraq dedi: “Mən bəyan edirəm ki, Əbdül-Bəha bu gün üçün Allahın Məzhəridir!” Əlbəttə, o bunu səhv başa düşmüşdü – amma… o ağlayırdı, daha heç nə demədi. O aşağı düşdü və mənim yanımda əyləşdi, elə hey hönkürüb ağladı, ağladı… Lent yazısını görməsi hər şeyi geri gətirdi. O mənim hər iki əlimi tutdu və dedi, “Sən bu gecə mənim qarşımda bir qapı açdın.” Sonra o zalı tərk edib getdi.     (Culiet Tompson: Əbdül-Bəha)

 

Baxmayaraq ki, Culiet Tompson Nyu York şəhərində Bəhai mərkəzində Xəlilin çıxış etməyə çalışmasından bəhs edən o təsirli xatirəsinin tarixini söyləmir, amma çox güman ki, bu Cibranın həyatının sonlarında olub. O, 1931-ci ildə, Həzrət Əbdül-Bəhanın vəfatından on il sonra vəfat etmişdir, odur ki, Həzrət Əbdül-Bəhanın Birləşmiş Ştatlara səfərinin lent yazısnı görməyə gələnlərin görüşü,çox güman, on illik dövrdə olmuşdur və böyük ehtimalla 1923-cü ildə Peyğəmbərin nəşrindən sonra baş vermişdir.

 

Hərçənd, bəhailər Həzrət Əbdül-Bəhanı peyğəmbər və ya Məzhər hesab etmirlər, - bu məqamı ancaq Həzrət Bəhaullaha aid edirlər, amma Ağanı (Əbdül-Bəhanı) görən çoxlu insanlar belə fərz edirdilər ki, Onun böyük müdrikliyi və insanlığa məhəbbəti Allahın Məzhərlərinin xüsusiyyətlərini təcəssüm etdirir. Cibranın öz sənət incisinin ilk Nəsihətlər adından Peyğəmbərə çevirməsində, onun yaxın dostlarının və naşirlərin etirazlarına baxmayaraq, təkidlə dayanması bilavasitə ondan danışır ki, onun dəfələrlə Həzrət Əddül-Bəha ilə görüşləri və Bəhai təlimləri onun həyatında və yaradıcılığında dərin təsir buraxmışdır.

 

Əslində, çoxsaylı mühüm və inandırıcı sübutlar göstərir ki, Peyğəmbərdə və onun sonrakı kitabında – Məsih, İnsan Oğlunda Cibran baş qəhrəmanını Həzrət Əbdül-Bəhaya, Bəhai Dininin görkəmli Nümunəsinə istinadən yaratmışdır.

Peyğəmbər-in müəllifi

Xəlil Cibranın Dini Vardımı?

IV Hissə:  Sən və Mən Bir Dinin Övladlarıyıq

Gəlin ekspertlərdən soruşaq:

 

Livan Dağının insanları Osmanlı idarəçiliyindən qurtulmaq üçün bir neçə il mübarizə aparmışdılar, Cibran bu fəaliyyəti qəbul etmişdi və fəallardan biri idi. Livan Dağı ərazisi narahat bir bölgə idi, kənardan və xaricdən çoxlu müdaxilələr xristianlarla, xüsusilə maronit təriqəti ilə müsəlman əhalisi, xüsusilə druz təriqəti arasında dini nifrət yaradırdı. Həyatının sonrakı dönəmində, Cibran müxtəlif dini təriqətləri birləşdirməyin xəyalında idi, öz zamanında şahidi olduğu dini snobizmi, təqib və qəddarlığı aradan qaldırmağa can atırdı.

 

Cibran xristian idimi? Şübhə yoxdur ki, o xristian dinini qəbul etmişdi, İsanı bir nümunə və Bibliyanı isə nazil olmuş ruhani və mənəvi həqiqət xəzinəsi sanırdı. Lakin Sufi təriqəti ardıcıllarına loyal olmaqla, o, xristianlığı istisna bir din olaraq qəbul edə bilməzdi. O dinin birliyinə və varlığın birliyinə möhkəm inanırdı ki, bu onun şövqlü diqqətini universal ekumenizmə yönəltdi. Onun etiqadı inancın müxtəlif tellərindən oluşurdu: Upanişad, Siriya neoplatonizmi, iudeya-xristian mistisizmi, İslam sufizmi və Həzrət Əbdül-Bəhadan eşitdiyi kimi, universal məhəbbət və dinin birliyi barədə bəhai təlimləri. Bu təsirlərə onun İbn Sinanı, İbn Ruşdini, İbn-Əl-Fəridi, əl-Qəzalini oxumasından aldığı ruhani elementlər də əlavə oluna bilər. O özünün şəxsi ruhani fəlsəfəsini yaratdı ki, bu fəlsəfədə o bütün dinləri birləşdirə bilər və Uilyam Bleykə qoşulub bəyan edərdi ki, “bütün dinlər birdir.” – (Xəlil Cibran, İnsan və Şair, Buşrui və Cenkins, səh 266)

 

İndi isə gəlin Cibranın öz yazıları vasitəsilə onun özündən soruşaq:

 

Ah, Məsih, onlar bu kilsələri öz şöhrətləri üçün tikmiş, onları ipək və ərinmiş qızılla bəzəmişlər… onlar Sənin seçilmişlərinin bədənlərini gecənin soyuğunda hər yeri cırılmış libasa bürünmüş halda tərk etmişlər… Onlar asimanı yanan şamların və büxur tüstüsü ilə doldurmuşlar, sənin vəfalı pərəstişkarlarının bədənlərini çörəyə möhtac qoymuşlar… Onlar səslərini tərif himnləri ilə qaldırmışlar, amma qulaqlarını dul qadınların və yetimlərin ah-nalələrinə qapamışlar. Yenidən gəl, ey əbədiyaşar Məsih, və Öz dininin alverçilərini müqəddəs məbəddən çıxar, çünki onlar onu qaranlıq mağaraya çevirmişlər ki, orada riyakarlıq və saxtakarlıq gürzələri qaynaşır və onlarla doludur.Məsih, İnsan Oğlu.

 

Sən mənim qardaşımsan və mən səni sevirəm. Sən öz məscidində səcdə edəndə, kilsəndə dizini qatlayanda və sinaqoqunda dua edəndə mən səni sevirəm. Sən və mən bir dinin (inamın) övladlarıyıq.Ruh

 

Məni siyasi hadisələrdən və hakimiyyət davalarından qoru, çünki bütün dünya mənim vətənim, bütün insanlar isə mənim həmvətənlərimdir. – özəl bir məktubdan.

 

Məsih yer üzünə dəfələrlə gəlmişdir, və O çox ölkələri gəzmişdir. Və həmişə də yad və ağlını itirmiş insan hesab edilmişdir... Siz Onu Hindistanda yol ayrıcında görməmisinizmi? Və ya Magi ölkəsində, və Misir səhralarında?Məsih, İnsan Oğlu.

 

Bir insanın dini hər şeydən əvvəl, onun özü ilə Yaradanı arasındadır, heç kimin deyil.müsahibədən.

 

Demə ki, “Mən qəlbin yolunu tapmışam.” Əksinə, de: “Mən mənim yolumda gedən bir ruh tapmışam.” Çünki ruh bütün yollarla gedir.Peyğəmbər.

 

Xəlil Cibran həyatını Livanda Maronit xristianı kimi başladı. Çoxları razılaşar ki, o bu həyatı Amerikada mistik dinlərin əsas ruhani təlimlərinin ardıcılı və heyranı kimi başa vurdu. Həzrət Əbdül-Bəhanın nümunəvi Bəhai həyatına və təlimlərə dərindən cəzb olunması Cibranın öz sənətinə misilsiz yanaşma yaratmaqda ona kömək etdi və onun iki ən mühüm kitablarının - Peyğəmbər və Məsih, İnsan Oğlu kitablarının yaranmasına çox böyük təsir göstərdi.

 

Bu mənada – hərçənd o heç vaxt hansısa konkret bir dini qrupun üzvü olması barədə bir bəyanat vermədi, amma bəhai ideyaları Cibranın yaradıcılığına və bütün dinlərin mahiyyəti etibarilə birliyinə baxışının formalaşmasında dərin təsir göstərmişdi.

 

Bu oçerklər silsiləsində, biz Həzrət Əbdül-Bəhanın və Bəhai təlimlərinin Xəlil Cibrana mühüm təsirini araşdırdıq. Biz Bəhai mövzularını və prinsiplərini onun ən yaxşı tanınan əsərlərinə, Peyğəmbər, `Məsih, Oğul və Ata` - ya daxil edilməsini nəzərdən keçirdik. İndi bu silsilənin növbəti hissəsində gəlin Bəhai təlimləri ilə Cibranın ən sevimli kitabındakı daha çox nəzərə çarpan paralellərə baxaq. Birincisi, həm Həzrət Əbdül-Bəha, həm də Cibran özünü tanımaqdan danışırlar:

 

İndi isə, Allahdan başqa hər şeydən arınmış və Allaha məhəbbətlə aşıb-daşan bir ürəklə sənin adını xatırlayır, o bölgələrdə sənin hidayət çırağı olmağın üçün dua edirəm ki, səndən ürəklərə və ruhlara bilik ruhu yayılsın, o vaxtadək ki, sən təzə və şirin su çeşməsi olasan və susuzlar və intizarda olanlar səndən su içməyə gəlsinlər və beləcə onun şirinliyindən həzz alsınlar. - Həzrət Əbdül-Bəhanın Lövhləri, səh 275.

 

Sizin ürəkləriniz gündüzlərin və gecələrin sirlərini sükut içində bilir. Ürəkləriniz isə sizin ürəklərinizin biliyi üçün acdır. Siz həmişə fikirdə bildiklərinizi sözlərdə bilərsiniz. Siz barmaqlarınızla xəyallarınızın çılpaq bədənlərinə toxuna bilərsiniz. – Peyğəmbər, səh. 54

 

Sonra Əbdül-Bəha və rəssam dua haqqında danışırlar:

 

Sonra, Ya Rəbb, Öz mərhəmətli bəyanınla və İlahi varlığının sirri ilə Özünü aşkar eylə ki, duanın ruhani ləzzəti bizim qəlblərimizi doldursun – o dua ki, sözlərin və hərflərin fövqündə durur, hecə və səslərin ahəngindən ucadır – ta ki, hər şey Sənin şəfəqlərinin zühuru qarşısında heçliyə uğrasın. - Bəhaullah, Bəhai duaları səh. 69

 

Allahın Özü sizin dodaqlarınızla danışmayınca sizin sözlərinizi dinləmir… Əgər siz gecənin səssizliyinə qulaq versəniz, onların sükut içində dediklərini eşidərdiniz ki, “Bizim Allahımız, bizim qanadlı özümüz, bu bir də sənin iradəndir ki, işləyir. Bizim diləyimiz sənin diləyindir… Biz səndən başqa heç nə istəyə bilmərik, çünki sən bizim ehtiyaclarımızı onlar bizdə hələ yaranmamışdan bilirsən; Sən bizim ehtiyacımızsan; bizə özündən daha çox verdikcə, bizə hər şeyi verirsən. 

– Peyğəmbər, səh. 68.

 

Həm Həzrət Əbdül-Bəha, həm də Cibran dinin özünü müəyyən edirlər:

 

Din mənəviyyat aləminə xidmət edir. Din ürəkləri təmizləyir. Din insanları tərifəlayiq əməllər etməyə sövq edir. Din insan ürəklərində məhəbbət səbəbi olur, çünki din ilahi təməldir, bir təməl ki, daim həyata kömək edir. Allahın təlimləri dünya insanlarına nurlanma mənbəyidir. - Həzrət Əbdül-Bəha, Ümumdünya Sülhünün bəyanı, səh. 344

 

Bütün əməllər və bütün niyyətlər, əməl və niyyət olmayanlar din deyilmi, amma daim qəlbdə doğan heyrət və şadlıq, hətta əllər daşı yonanda və ya toxuculuq edəndə? Öz imanını öz əməllərindən kim ayıra bilər ya inancını öz məşğuliyyətindən? Öz vaxtını qarşısında kim sərə bilər deyərək: Bu Allah üçündür, bu isə mənim üçün; bu mənim ruhum üçündür, bu isə bədənim üçün?” – Peyğəmbər, səh.77

 

Sonra onların hər ikisi insan sirlərindən ən böyüyü olan ölümdən bəhs edirlər:

 

… tam yox olma mümkünsüzdür, mövcudluq isə qeyri-mövcudluğa çevrilə bilməz. Bu onu deməyə bərabər olardı ki, işıq qaranlığa çevrilər, halbuki bu açıqca doğru deyil və mümkünsüzdür. Necə ki mövcudluq heç vaxt qeyri-mövcudluq ola bilməz, insan üçün də ölüm yoxdur; xeyr, əksinə, insani əbədi və həmişəyaşardır. … Öz cahilliyinə görə insan ölümdən qorxur; amma onun qaçdığı ölüm uydurmadır və tamamilə gerçək olmayan bir şeydir; bu ancaq insanın fantaziyasıdır.. dünyanın gizlədilə bilməyən və qaranlıq üfüqlərində batmayan işıqları olun. Qeyri-mövcudluğun qorxu və məşumiyyətinin heç vaxt qarşısını tutmadığı mövcudluğun üfüqünə qalxın. – Əbdül-Bəha, Dünya Bəhai Dini, səh 264-266.

 

Siz ölümün sirrini bilə bilərdiniz. Amma əgər siz onu həyatın ürəyində axtarmırsınızsa, one necə tapa bilərsiniz? Gecənin bağladığı bayquş işığın sirrini aça bilməz. Əgər siz doğrudan da ölümün ruhuna baxmaq istəsəniz, ürəyinizi həyatın bədəninə geniş açın. Zira həyat və ölüm birdir, necə ki çay və dəniz birdir... Ümidlərinizin və arzularınızın dərinliyində sizin bu dünyanın dışı haqqında olan səssiz biliyiniz var; qarın altında uyuyan toxum kimi, sizin ürəkləriniz də bahar haqqında yuxu görür. Yuxulara inanın, zira onlarda əbədiyyət qapıları gizlənib. Ölüm qarşısında sizin qorxunuz sadəcə şahın qarşısında dayanan çobanın əsməsi kimidir ki, şah bir azdan əlini bir şərəf əlaməti olaraq onun çiyninə qoyacaq. – Peyğəmbər, səh. 80-81.

 

Siz Bəhai yazılarını Cibranla bu qayda ilə bir yerdə bu cür oxuyanda başa düşməyə başlayırsınız ki, Cibran öz mistik stilini necə inkişaf etdirmişdir – Cibranın ən sevilən əsəri Bəhai yazılarının modulyasiyası, tempi, bəlağəti, gözəlliyi və gücü ilə necə səsləşir.

 

Əgər sizin qəlbiniz Peyğəmbər əsərinin hikmətindən titrəyirsə, onda sizi Bəhai təlimlərində böyük bir ilham mənbəyi gözləyir – Həzrət Bəhaullahın və Əbdül-Bəhanın transcendental (ülvi) sirr və universal ruhani həqiqətlərlə dolu irihəcmli yazıları.

Mənbə - www.Bahaiteachings.org 

V Hissə:  Xəlil Cibranın Peyğəmbər Əsərində Bəhai Təlimləri

Aşağıdakı araşdırma Xəlil Cibranın həyatının müəyyən dövrü və onun yaradıcılığı, xüsusilə, onun Peyğəmbər əsəri  və onun yazılması barədədir

II Hissə - Xəlil Cibranın Peyğəmbər Əsərinə Bəhai Təsiri

bottom of page