top of page

Məhəmməd Hadi

Məhəmməd Hadi, romantik Azərbaycan şairi, səmimi, fədakar və məşəqqətlər çəkmiş ziyalı bir şəxs, qaranlıq mühitdə yanan bir işıq, eyni zamanda, həqiqətə sədaqətin və dürüstlüyün başına gələn və ya gətirilən əzabların təcəssümü. 

Aydın gələcək ümidi, ümidsiz gerçəklik və təlatümlü dövrünün bütün çaxnaşma və iztirabları Məhəmməd Hadinin şeirlərində elə dövrünə xas bir tonda əks olunur. Ən böyük müharibənin iştirakçısı, inqilab və çevrilişlərin canlı şahidi, oyanışın iştirakçısı və carçısı, lakin yenə də əlacsız, ümidsiz, xəyallara sığınmış, işıq və kömək əli axtaran bir ruh – Məhəmməd Hadi, həyatı, şəxsiyyəti və yaradıcılığı ilə ədəbiyyatımızda özünəməxsus bir yer tutan böyük şairlərimizdən biridir. Onun yaradıcılığında Hüseyn Cavidlə bir yaxınlıq var, amma Hadidə ümidsizlik çoxdur... Çünki  arzuları tez-tez daşa dəyir, ümidləri tez-tez puça çıxırdı – özünün nakam sevgisi, Birinci Dünya Müharibəsi, İranda Səttarxan hərəkatı, Türkiyədə Gənc Türklər inqilabı, Azərbaycanda Demokratik Respublika və bütün bu hərəkatların aqibəti... 

Təbii ki, bu ümidsizlik təkcə ona xas deyildi, onun şəxsi həyatı maddi yöndən nə qədər acınacaqlı idi, şeirlərini satmağa məcbur olmuşdu. Onun taleyi müasirləri olan digər qələm əhlindən fərqli oldu... 

Bu gün bu böyük işıq və zəka sahibinin həyatına və yaradıcılığına dönüb baxanda, nə qədər ritorik olsa da, belə bir sual verirsən: görəsən, əgər aşağıdakı şeirində mövcud şəraiti, sönmüş nurları, mövhumata batmış icmaların vəziyyətini təsvir edərkən, Bəhailiyin gerçəkliyi, məhz ümid və güc verdiyini görə bilsəydi, onun taleyi necə olardı? Onun arzuladığı cəmiyyət barədə biliyin və baxışın Həzrət Bəhaullahın təlimlərində  olduğunu gerçəkdən görə bilsəydi, bəhailərin nə etdiklərini, səs salmadan, əməllə, sədaqətlə o gözəl dünya haqqında baxışla məşəqqətlər içində, şəhidlər verərək, lakin ümid və əzmlə çalışdıqlarını görsəydi, bugünkü xələflərinə yaxşı bir örnək olardımı?

İctimai-siyasi proseslər və dinlərin ruhsuzlaşması və ancaq ritual və sözlər səviyyəsinə qədər tənəzzül etməsi şəraitində, maddi maraq və mənfəətlərin dönüb dəyərə çevrildiyi bir zamanda, qaynar bir həyat axınında gerçək, ümidverici, sevgi dolu, həqiqətə sədaqətli insan ruhuna xitab edən, bəşəri parlaq gələcəyə səsləyən və hər bir kəsin əlindən tutan, əməli və sözü bir olan insanların qurmaqda olduqları bir nizamın yaranma prosesi gedərkən, ruhu Hadi kimi əzab çəkən, qəlbi ilə yeniliyə can atan, lakin önyarğı və şöhrətpərəstlik torunda çabalayan müasir yazarlarımızın yanından möhtəşəm bir tarixi  proses ötüb keçərkən, bu səssizliyin, ruha xəyanətin, eləcə millətə və bəşərə  qarşı bu məsuliyyətsizliyin onillər və yüzillər sonra qiymətini necə verəcəklər, adlarının  tarixdə və ədəbiyyatda qalacağına ümid edən yazarların taleyi necə olacaq? Onda onların yazdıqlarının heç bir əhəmiyyəti qalmayacaq, çünki tarix və söz həqiqətlə oynamağı bağışlamır. Söz oyunu nə qədər davam edəcək? Ruhlar pasdan nə vaxt təmizlənəcək? Özünün məşhurluğuna can atan yazarların, tarixçilərin zəhmətinin nə faydası olacaq? Həqiqi tarix yazılarkən, həqiq eşq yaşanarkən, insanalayiq münasibətlər, nəhayət ki formalaşmaq imkanı tapmışkən, əsl sevgi uğrunda iztirab və fədakarlıqlar çəkilərkən, onlar hansı yaşantılardan və hansı tarixdən yazırlar? Onların yazdıqları tarixə paralel bir tarix də yazılır. Bu tarix onların yazdıqları tarixdəki hadisələrdən, “möcüzələrdən daha əzəmətli, daha möhtəşəm və daha faydalı möcüzələrdən danışır: göz yaşlarına və kədərlərinə baxmayaraq, onun müjdələri hərəkət dünyasına və fani insanların həyatına səmadan bir daha yağan çoxdan unudulmuş Nəşə və Qüdrətın müjdələridir. O, ilahi şeylərdən danışır: yeni dünya Dininin bizim aramızda doğulmasından -  bir din ki, keçmişin bütün dinlərinin ardı olaraq gəlir, onların hamısını tanıyır, hamısını tamamlayır, hamısını məqsədinin yerinə yetməsinə doğru aparır.” O tarix “Əzəmətli tənha bir Şəxsin ətrafında fırlanır və bu tarixin canlandırıcı motivi Onun bütün bəşəriyyətə bəslədiyi sonsuz fövqəl məhəbbət və Onun möminlərin ürəklərində qazandığı cavab sevgisidir.”

 

Hadinin yaşadığı dövrün gerçəkliyindən və o tarixdən fərqli olaraq, bu tarix və gerçəklik, “məhəbbət və sevinclə, gələcəyə baxış və güclə doludur və qazanılmış və hələ qazanılacaq qələbələrdən bəhs edir: bu tarix nə qədər zülmət dolu bir faciə haqqında olsa da, bəşəriyyəti onun sonunda buraxır ki, o hələ məşum gələcəyin vəhşətini yaşamayıb, amma Əbədi Sülhün Vəd olunmuş Şəhərinin qapılarına doğru qaçılmaz taleyinin  geniş yolunun kölgəsindən sürətlə çıxmaqdadır.”  İnsanlıq hansı yolu getdiyindən tam xəbərsiz bir halda sürüklənərkən, “odu işıq bilib ona can atarkən”, özünü ziyalı adlandıranlar hansı işığı verirlər?

Məhəmməd Hadi Həzrət Bəhaullahın təlimlərinə çiçəkli bir röya deyirdi.  Təbii ki, o bu təlimlərin dünyanı xilasetmə gücündə olduğuna inana bilməmişdi, amma buna da bir ümidi vardı.... “Bəha qardaşlığından bir əsər yox, var fəqət namı” deyirdi.  Bəhailərin arzularını və təlimlərini xülya adlandıran şair gerçəyi görmək imkanı az idi, bu mənada o “romantik bir gerçəkçi” kimi görünür, lakin bugünkü ədəbi cameənin əlində hər bir informasiya mənbəyi varkən, susqunluğun, ikrah yaradan bu qorxaqlıq anlaşılan deyil! Bəzən heç önyarğının da olmadığı halda göstərilən laqeydliyin nəticəsi bədbəxt talelər, puç olmuş ümidlər və uzaqda olmayan fəlakətdir.... Əfsus....

 

http://anl.az/el/h/hm_se.pdf

http://enene.musigi-dunya.az/m_hadi.html

Məhəmməd Hadi. İNSANLARIN TARİXİ FAСİƏLƏRİ,YAXUD ƏLVAHİ-İNTİBAH

 

M ə n: 

Məhəmməd ümməti yatmış məzari-cəhldə hala, 

Qaranlıq, çox qaranlıqdır, zavallı ümməti-taha. 

Bütün atəşpərəstan ruhu donmuş bir sürü mövta, 

Bəhaüllahın əfkarı çiçəkli, dadlı bir röya, 

Xəyalə bənzəməz, çox odludur, çox qanlıdır dünya. 

Həmişə ağlayan gördüm bu Adəm oğlunu, zira –

Ədavətlərlə qardaşdır, məhəbbətlərlə çox əda. 

Əvət, mən maziyəm, gördüm bütün əsarı matəmza. 

 

M a z i: 

Yədi-beyzayi-Musa açdımı bir yol ki, çox rəxşan, 

Məsihin fikri Adəm oğluna bəxş etdimi bir can? 

Cənabi-Əhmədin peyrəvləri bielmü naürfan. 

Pərəstişkari-narın nuru sönmüş, həpsi şəbgərdan, 

Bəhailər də xülyalar yolunda olmada puyan. 

 

M ə n: 

Həqiqət iştə meydanda, bəşər məhzun, bəşər giryan! 

Ziyabəxş olmadı insanlara Tövrat ilə Quran, 

Ziyadar etmədi millətləri İncil ilə İyqan, 

Ümumi bir məhəbbət olmayır ki, qabili-imkan, 

Ədavət odlarında yanmada qardaş olan insan, 

Cahan ərzi-ədavətdir əzəl gündən bəri hər an, 

Yer üstü daima qanlı, bəşər qanlı, ürəklər qan.

 

M ə n: 

Çobansızdır bu gündə "raiyi-əqnam"ın əqvamı, 

Məsihin ümməti yapmış dəmirdən duzəxəndamı, 

Əvət, icad qılmış aləti-qətl ilə edamı, 

Məhəmməd ümməti tutmuş rəhi-zülmatü övhamı, 

Sönüb atəşpərəstanın da pərtövgahi-ilhamı. 

Bəha qardaşlığından bir əsər yox, var fəqət namı, 

Bütün qalmışdır avarə cahanın püxtəsi, xamı, 

Tamaşa eylə insanın üzündə zilli-alamı.

bottom of page