top of page

Əliqulu Qəmküsar

“...Əliqulu Qəmküsarın “Babı” məqaləsində insanların tolerantlıqdan uzaq olması, vicdan azadlığının aşağı səviyyədə olması tənqid obyektlərindən biridir. Mütəfəkkir insanları bir-birinin dini inanclarına hörmətlə yanaşmağa səsləyir və o dövrdə  öz nüfuz dairəsini genişləndirən babilərin cismani cəzalarla təqib olunmasına qarşı çıxırdı: “Zəmani ki, haqq batil aydınlaşdı, hər kəs öz ixtiyarındadır, hansını qəbul edər, özü bilər, hansından üz döndərər, gənə özü bilər. Hər kəsin dini, təriqəti özü üçündür. Qoyunu qoyun ayağından, keçini keçi ayağından asacaqlar”.

Əliqulu Qəmküsar baxmayaraq ki, babiliyin təqib edilməsinə qarşı çıxır, lakin bu təriqətin üzvlərinin öz təriqətləri haqqında uydurduqları –guya babiliyin Qərb aləmində sürətlə yayılması yalanını da tənqid etməkdən çəkinmir və maraqlı sualla onların qarşısına çıxmaqla əslində Qərb təfəkkürünün Şərq təfəkküründən üstünlüyünü nümayiş etdirir və Şərqdə yenicə formalaşan istənilən dini-əqidələrin insanlara sərgərdanlıqdan, cəhalətdən başqa heç nə verməməkdə tənqid edir.

“Bircə məni qupquru qurudan budur ki, aya, görəsən amerikalılar ki, beş yüz ildi dünyaya gəliblər və belə ərköyün böyüyüblər ki, heç bir boyunduruq altına girməyiblər, necə gəlib birdən-birə gündə on doqquz rükət namaz qılacaqlar və hər rükətdə on doqquz dəfə ya Bəha, ya Camal, ya Cəlal deyəcəklər. Və necə iş-peşələrini ötürüb dərviş kimi püst-pələngin yığışdırıb düşəcəklər bərri-biyabanə ki, qalan amerikalılara da təbliğ eləsinlər.”

Bu parçadan göründüyü kimi, Bəhai dininin nəinki şərqdə, o cümlədən Azərbaycanda yayılması, hətta onun qərbdə, xüsusilə də Amerikada sürətlə yayılması bizim ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir və hətta bu məsələ barədə ayrıca məqalə də yazmışlar. Bu təsadüfi deyil. Bəhai dini elə təsirli bir fenomen kimi ortalığa çıxmışdır ki, düşünən heç bir insan ona biganə qala bilməmişdir, onların  bu dinə hansı kontekstdə, hancı bucaqdan baxmaları önəmli deyil, mühüm olan budur ki, bu dinin gəlişi və inkişafı ağılları məşğul etmişdi. Qəmküsar bu dinin yəqin ki, ilahi mahiyyətinə varmamışdı və Allahın Öz Planını yerinə yetirmək üçün vasitə və alətlər də verməsi barədə onun anlayışı yox idi ki, Allah “ol deyər və o olar.” Bu gün dünyanın bütün ölkələrinə yayılmış, ədəbiyyatı 800 dilə tərcümə edilmiş bəhai dininin uğurlarında Amerika Bəhai icmasının çox böyük payı vardır.   

Bununla belə, yuxarıda qeyd edildiyi kimi, Qəmküsarın bu yazısı Əli və Nino kimi, Azərbaycanın multikultural dəyərlərinin ədəbi qaynağı kimi böyük əhəmiyyət daşıyır.

Burada Tural Mətəsoyun məqaləsinə istinad edilmişdir və bütün mətn ona məxsus deyil

bottom of page